Binnətova Şəlalə Bəhlul qızı

Binnətova Şəlalə Bəhlul qızı 1 fevral 1975-ci ildə Gəncə (keçmiş Kirovabad) şəhərində anadan olmuşdur. 1981-ci ildə Gəncə şəhəri M.Hadi adına 10 saylı orta məktəbin I sinfinə daxil olub və 1991-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir.

Binnətova Şəlalə Bəhlul qızı 1991-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialına daxil olmuş və 1996-cı ildə həmin İnstitutu bitirmişdir. Qiyabi təhsil aldığına görə, 1993-cü ildən Gəncə şəhər 39 saylı orta məktəbdə Uşaq Birliyinin rəhbəri kimi əmək fəaliyyətinə başlamışdır. 1996-cı ildə həmin məktəbdə ibtidai sinif müəllimi vəzifəsinə təyin edilmişdir.

Ş.Binnətova 1999-cu ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) Riyaziyyatın ibtidai kursu və onun tədrisi metodikası kafedrasına laboratoriya müdiri vəzifəsinə təyin edilmişdir. 2003-cü ildə Pedaqoji fakültənin Elmi şurasının qərarına əsasən müsabiqə yolu ilə həmin kafedraya müəllim təyin edilmişdir. 2010-cu ildə Pedaqogika və təhsilin əsasları kafedrasında Pedaqoji fakültənin Elmi şurasının qərarına əsasən müsabiqə yolu ilə baş müəllim vəzifəsinə seçilmişdir.

Ş.Binnətova müəllimlik fəaliyyəti ilə kifayətlənməmiş, elmi axtarışlarını davam etdirmiş, nəticədə Universitetimizdə 5801.01-Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Riyaziyyatın tədrisi metodikası) ixtisası üzrə aspiranturaya daxil olmuşdur və oranı müvəffəqiyyətlə bitirmişdir.

Ş.Binnətova 2014-cü ildə “Riyaziyyat təlimi prosesində fənlərarası əlaqələrin reallaşdırılması (I-IV siniflər)” mövzusunda, 5801.01 – Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası ( Riyaziyyatın tədrisi metodikası) ixtisası üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafıə etmiş və Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür .

Ş.Binnətovanın əsasən aşağıdakı elmi əsərləri nəşr edilmişdir:

1. Riyaziyyat təlimi prosesində fənlərarası əlaqələrin reallaşdirilması (I-IV siniflər). Monoqrafiya. Bakı: Mütərcim, 2011, 112 s.

2. Функции межпредметных связей в развитии математических способностей учащихся младших классов // Журнал научных публикаций аспирантов и докторантов, Курск, 2011, № 6(60) www.jurnal.org/articles/pedag.php

3. Роль и значение межпредметных связей при обучении математики в начальных классах // Вестник Казахского Национального Университета имени Аль-Фараби, Алматы, 2012, № 1(35)

4. Riyaziyyatın tədrisi prosesində fənlərarası əlaqəni reallaşdırmağın didaktik xüsusiyyətləri // Məktəbəqədər və ibtidai təhsil (elmi – metodik jurnal), Bakı, 2013, № 2.

5. Bakalavr hazırlığı üçün məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə “Sadə riyazi təsəvvürlərin formalaşdırılması kursunun nəzəri əsasları” fənninin proqramı. “Elm və təhsil” nəşriyyatı. Gəncə, 2016.

6. Məktəbəqədər təhsil müəssisələrində riyazi təsəvvürlərin inkişaf etdirilməsind tərbiyəçinin fəaliyyətinə verilən müasir tələblər // Naxçıvan Dövlət Universitetinin Elmi Xəbərləri 2017, №2.

7. Bозможности интегративного обучения математики и информатики в рамках учебной программы ( курикулума). Международныйй научный рецензируемый журнал «Образовательный процесс». Россия, Казань, 2018. № 2.

8. Межпредметная интеграция при обучении математике в начальных классах. Сборник материалов научно-практической конференции «Новая наука и культура знаний современного человека». Россия, Казань, 2018. № 2.

9. Bakalavr hazırlığı üçün “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə “Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası” fənninin proqramı. “Elm və təhsil” nəşriyyatı, Gəncə, 2019.

10. Bakalavr hazırlığı üçün “İbtidai sinif müəllimliyi” ixtisası üzrə “Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları” fənninin proqramı. “Star” çap evi, Gəncə, 2019.

11. Bakalavr hazırlığı üçün “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə “Düşündürücü və əyləncəli riyazi məsələlərin təlimi metodikası” seçmə fənninin proqramı. “Star” çap evi, Gəncə, 2019. 12. Formation of knowledge of geomet and skills of students of elementary school. Mester – 2020, Vol.49, İssue 2. www.mesterjournal.org

ISSN: 0160-2764 LOS ANGELES, USA, CA, 90095-153

13. Oсобенности обучения элементам математической статистики в начальных классах // Материалы международной научно – практической конференции «Обмен знаниями в образовательном процессе» Россия, Казань, 2021 год.

14. İbtidai siniflərə riyaziyyat və onun tədrisi metodikası. İbtidai sinif müəllimliyi ixtisasının tələbələri üçün dərs vəsaiti. “Mütərcim” nəşriyyatı, Bakı – 2021