ABBASOVA SVETLANA CƏLAL QIZI

Svetlana Abbasova

ABBASOVA SVETLANA CƏLAL QIZI

Kafedranın müəllimi – Abbasova Svetlana Cəlal qızı 1947-ci il yanvar ayının 08-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Azərbaycanlıdır.

1954-1963- cü illərdə M.Qorki adına 1 saylı orta məktəbdə, həmçinin 1956-1963-cü illərdə 1 saylı uşaq musiqi məktəbinin fortepiano sinfində təhsil almışdır.

1963-1967-ci illərdə Q.Hüseynli ad. Kirovabad Orta İxtisas Musiqi məktəbinin (indiki: Gəncə Musiqi Kolleci) əyani şöbəsində fortepiano ixtisası üzrə təhsil almışdır.

1974-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin qiyabi şöbəsini bitirmişdir.

1964-1988-ci illərdə T.Hacıyev adına 2 saylı uşaq musiqi məktəbində fortepiano üzrə müəllim işləmişdir.

1989-1998-ci illərdə 4 saylı orta məktəbdə tarix müəllimi işləmişdir.

1998-ci ildən Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasında saat hesabı ilə, 2010-cu ildən 0,5 ştat əvəzçilik üzrə müəllim işləmiş, 2014-cü ildən isə ştat üzrə müəllim işləyir.

Kafedrada “Əsas musiqi aləti və onun tədrisi metodikası” (fortepiano) fənnini tədris edir, planlaşdırılmış mövzuda elmi-tədqiqat işlərini ilbəil yerinə yetirərək kafedra iclaslarınnı müzakirəsinə təqdim edir. 10-a yaxın elmi məqaləsi çap olunmuşdur (“Gəncə şəhər T.Hacıyev adına 2 saylı uşaq musiqi məktəbinin yaranma və inkişaf tarixi”. “Gəncənin musiqi mədəniyyətinin tarixi” mövzusunda elmi-praktik konfransın materialları. Gəncə, 15-16 noyabr, 2019, s.118-124; “Hacı Xanməmmədovun mahnı yaradıcılığından məktəblilərin musiqi tərbiyəsində istifadənin imkan və yolları”. Gəncə Dövlət Univerasitetinin “Elmi Xəbərlər” jurnalı. Gəncə, 2020, №1,s.189-191 və s.).

1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.