HAQVERDİYEVA NƏRGİZ ƏLİ QIZI

Nargiz Haqverdiyeva

HAQVERDİYEVA NƏRGİZ ƏLİ QIZI

Kafedranın baş müəllimi – Haqverdiyeva Nərgiz Əli qızı 1968-ci il iyun ayının 29-da Qazaxıstan Respublikasının Alma-Ata şəhərində anadan olmuşdur. Azərbaycanlıdır.

1975-ci ildə Alma-Ata şəhəri A.S.Puşkin adına 7 saylı ümumtəhsil orta məktəbin birinci sinfinə daxil olub, 1976-cı ildə yaşayış yerini dəyişərərk Gəncə şəhərinə köçmüş, təhsilini Gəncə şəhər 30 saylı orta məktəbdə davam etdirmiş, 1983-cü ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir.

1976-1983-cü illərdə Gəncə şəhər 2 saylı Uşaq musiqi məktəbinin fortepinano sinfində təhsil almış, həmin məktəbi fərqlənmə attestatı ilə bitirmişdir.

1983-cü ildə Q.Hüseynli adına Kirovabad orta ixtisas musiqi məktəbinə daxil olub, 1987-ci ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.

1987-ci ildə Kurmanqazı adına Alma-Ata Dövlət Konservatoriyasına fortepiano ixtisası üzrə qiyabi şöbəyə daxil olub, 1992-ci ildə həmin təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1988-ci ildən 1991-ci ilədək Kirovabad şəhəri Q.Hüseynli adına orta ixtisas musiqi məktəbində konsertmeyster vəzifəsində işləmişdir.

1992-ci ildən Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasında müəllim işləmiş, 2004-cü ildən isə baş müəllim vəzifəsində işləyir.

20-dən artıq elmi əsərin müəllifidir (“Əsas musiqi aləti (fortepiano) fənni üzrə tədris repertuarı”. Gəncə Dövlət Universitetinin elmi əsərlər məcmuəsi. Bakı, 2000, s.351-352; “Fortepianoda qamma, akkord və arpecioları çalmaq üçün vəsait”. Həmmüəlliflər: S.Qurbanəliyeva, H.Tağızadə, N.Dəmiorva, M.Hacıyeva. Bakı, “АDPU”, 2006, 42 s.; “Gəncə şəhər 1 saylı uşaq musiqi məktəbinin yaranma və inkişaf tarixi”. “Gəncənin musiqi mədəniyyətinin tarixi” mövzusunda elmi-praktik konfransın materialları. Gəncə, 15-16 noyabr, 2019, s.112-117 və s.).

1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 3 övladı var.