HƏSƏNOVA SƏİDƏ ZAHİD QIZI

Saida Hasanova

HƏSƏNOVA SƏİDƏ ZAHİD QIZI

Kafedranın baş müəllimi – Həsənova Səidə Zahid qızı 1974-cü il sentyabr ayının 23-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Azərbaycanlıdır.

1981-ci ildə K.Uşinski adına 29 saylı ümumtəhsil orta məktəbinin birinci sinfinə daxil olub, 1991-ci ildə onuncu sinfi bitirmişdir. 1981-1988-ci illərdə 2 saylı uşaq musiqi məktəbində fortepiano sinfində təhsil almış, həmin məktəbi fərqlənmə attestatı ilə bitirmişdir.

1991-ci ildə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun “İbtidai təhsilin pedaqogikası və metodikası, əlavə Musiqi” ixtisası üzrə daxil olub, 1996-cı ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

1996-cı ildən H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda “Musiqi fənləri” kafedrasında müəllim işləmiş, 2005-ci ildən isə baş müəllim vəzifəsində işləyir.

20-dən artıq elmi əsərin müəllifidir ( “İbtidai siniflərdə Azərbaycan xalq rəqslərindən istifadə edilməsinə dair”. Gəncə Dövlət Universitetinin “Elmi Xəbərlər” jurnalı. Gəncə, 2008, s.343-346; “Q.Qarayevin fortepiano musiqisi və məktəblilərin musiqi tərbiyəsindfə ondan istifadənin imkan və yolları”, Gəncə Dövlət Universitetinin “Elmi Xəbərlər” jurnalı. Gəncə, 2020, №1, s.184-188; “Gəncə şəhər Uşaq İncəsənət məktəbinin Gəncə şəhərinin musiqi həyatında yeri”. “Gəncənin musiqi mədəniyyətinin tarixi” mövzusunda elmi praktik konfransın materialları. 15-16 noyabr, 2019, s.139-144; “Musiqi dərsinin tədrisində yeni təlim texnologiyalarının təbiqi”. VI Uluslararsı Müzik və Dans Konqresinin materialları. Türkiyə, Alanya 30-31 oktyabr 2020 və s.).

1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.