MƏHƏRRƏMOVA GÜLTƏKİN SABİR QIZI

Gultakin Maharramova

MƏHƏRRƏMOVA GÜLTƏKİN SABİR QIZI

Kafedranın baş müəllimi – Məhərrəmova Gültəkin Sabir qızı 1964-cü il iyun ayının 24-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Azərbaycanlıdır.

1971-1979-cu illərdə orta təhsilini Gəncə şəhər M.Füzuli adına 22 saylı ümumtəhsil məktəbində almışdır. 1972-1979-cu illərdə Gəncə şəhər 5 saylı Uşaq musiqi məktəbinin fortepiano sinfində təhsil almışdır. 1979-cu ildə Q.Hüseynli adına Kirovabad orta ixtisas musiqi məktəbinin fortepiano şöbəsinə daxil olmuş, 1983-cü ildə hənmin məktəbi fortepiano üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1983-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun  “Mədəni maarif işinin təşkili və metodikası”  fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1987-ci ildə bitirmişdir.

1987-ci ildən 1990-cı ilədək ailə qurub Ukraynada yaşamışdır. 25.12.1987- ci ildən 25.07.1989-cu ilədək Kiyev şəhərində 748 saylı məktəbəqədər müəssisədə musiqi rəhbəri vəzifəsində işləmişdir.1990-cı fevral-noyabr aylarında Ukraynanın Voroşılovqrad (Luqansk) vilayətinin Krasnıy Luç şəhərində Mədəniyyət sarayında mədəni-maarif təşkilatçısı vəzifəsində işləmişdir.

06.03.1991-ci ildən 09.02.1994-cü ilədək Gəncə şəhəri Mərkəzi mədəniyyət evində mədəni-kütləvi təşkilatçı vəzifəsində işləmişdir. 01.04.1994-cü ildən 16.04.1996-cı ilədək Q.Hüseynli adına Gəncə Musiqi texnikumunda konsetmeyster işləmişdir.

1996-cı ildən Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasında müəllim işləmiş, 2010-cu ildən isə  baş müəllim vəzifəsində işləyir.

10-dan artıq elmi əsərin müəllifidir (“Azərbaycan bəstəkarlarının yaradıcılığında Gəncə mövzusu”. Gəncə Dövlət Uni­ver­si­teti­­nin “Elmi xəbərlər” jurnalı. Gəncə, 2015. №3, s.327-329; “Musiqidə Gəncə mövzusu və gəncəlilər obrazı”.“Gəncənin musiqi mədəniyyətinin tarixi” mövzusunda elmi-praktik konfransın materialları. Gəncə, 15-16 noyabr, 2019, s.54-59; “D.D.Şostakoviç və Azərbaycan musiqi mədəniyyəti”. Gəncə Dövlət Universitetinin Elmi xəbərlər jurnalı. Gəncə, 2021, №1, s.131-134 və s.).

1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.