Pedaqoji fakültənin dekanı, dos. B. Apoyevin kitabının təqdimatı keçirilmişdir.
Gəncə Dövlət Universiteti YAP Gənclər Birlyinin təşkiltçılığı ilə pedaqoji fakültənin dekanı, dosent Bayram Apoyevin “Öz gülüm-gül ömrüm…” şeirlər kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova, ali təhsil müəssisəsinin mətbu orqanı “Yüksəliş” qəzetinin redaktoru, yazıçı Qərib Mehdi, universitetin müəllim və tələbələri iştirak ediblər.