AÇIQ DƏRS – BAŞ MÜƏLLİM MAHNUR MƏMMƏDOVA

12.10.2018-ci il tarixdə fakültənin Bədən tərbiyəsi və idman ixtisasının I kursunda Fiziki tərbiyə, çağrışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının  baş müəllimi Mahnur Məmmədovanın Mülki müdafiə fənnindən “Təbii fəlakətlər. Sülh dövrü üçün xarakterik olan fövqalədə hallar” mövzusunda açıq dərsi keçirildi. Dərsdə fakültə dekanı dos. B.Apoyev, rektorluğun nümayəndəsi dos. Cəfər İbrahimov,  dekan müavini İlqar Haqverdiyev və kafedranın 

Daha ətraflı

“NARKOMANİYAYA YOX DEYƏK!”

  09.10.2018-ci il tarixdə Universitetin 2-ci  tədris binasındakı “Oxu zalı”ında Pedaqoji fakültənin dekanlığı  və universitetin 1 №-li qiraətxanasının “Narkomaniyaya yox deyək!”  mövzusunda təşkil  etdikləri tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə  açıq elan edən fakültə dekanı B.Apoyev narkomaniyanı xərçəng xəstəliyindən də qorxulu sosial-psixoloji bəla adlandırmışdır. Sonra çıxış edənlər: Psixologiya kafedrasının müdiri dos. Z.Cavadova, həmin kafedranın baş

Daha ətraflı

AÇIQ DƏRS – DOS.TAMELLA MƏMMƏDOVA

03.10.2018-ci il tarixdə Təhsilin pedaqogikası və metodikası kafedrasının dosenti Tamella Məmmədovanın İbtidai sinif  müəllimliyi ixtisasının 3-cü kursunda Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları fənnindən “Kortej anlayışı.Çoxluqların Dekart hasili və xasseleri” mövzusunda açıq dərsi keçirildi. Dərsdə fakültə dekanı dos. B Apoyev, kafedra müdiri dos. A.Quliyev və kafedranın bir qrup əməkdaşı iştirak  edirdi. Müəllim dərsdə beyin həmləsi və

Daha ətraflı

MÜƏLLİM GÜNÜ QEYD OLUNUB

5 oktyabr 2018-ci il tarixdə  Beynəlxalq Müəllimlər Günü münasibətilə Gəncə Dövlət Universitetin 2-ci tədris binasının akt zalında tədbir keçirilib. Tədbirdə çıxış edən rektor professor Yusif  Yusibov öncə bu bayram  münasibətilə bütün professor-müəllim heyətini  təbrik edib. Rektor  müəllim adının nə qədər şərəfli və eyni zamanda məsuliyyətli olduğunu diqqətə çatdıraraq bildirib ki, Ulu Öndər sağlığında “Mən müəllim 

Daha ətraflı

TƏBRİK EDİRİK!

Bədən tərbiyəsi və idman kafedrasının müdiri idman ustası Ağayev İlham Mansur oğlu 24-29 sentyabr 2018-ci il tarixdə Türkiyənin Antaliya şəhərində keçirilən 24-cü Dövlətlərarası veteran tennişçilərin Beynəlxalq turnirində iştirak edib və 50-59 yaş kateqoriyasında 1-ci yerə çıxaraq turnirin qalibi olmuşdur. Fakültəmizin dekanlığı və kollektivi adından İlham Ağayevi təbrik edirik, ona idmanda yeni-yeni nailiyyətlər arzu edirik.

ELMİ ŞURA

  19.09.2018-ci il tarixdə Pedaqoji fakültə Elmi Şurası keçirilmişdir. Elmi Şurada aşağıdakı məsələlər müzakirə olunmuşdur: 2017-2018-ci tədris ilinin yekunları və qarşıda duran vəzifələr – dos. B.F.Apoyev Tədris ilinin I yarısı üçün həvəsləndirici təqaüdlərin təsdiqi – İ.Haqverdiyev Cari məsələ: Ümumi pedaqogika kafedrasının dosenti B.F.Apoyevin “Nizami Gəncəvinin pedaqoji görüşləri” dərsliyinin çapa təqdim edilməsi.

BİLİK GÜNÜ

Respublikamızın bütün təhsil müəssisələrində olduğu kimi Gəncə Dövlət Universitetində də  Bilik gününün həyəcanı yaşanıb. Gəncə Dövlət Universitetinin ikinci tədris korpusunda keçirilən tədbirdə ali təhsil müəssisəsinin rektoru  professor Yusif Yusibov, universitetin professor -müəllim heyəti, tələbələr, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə Universitetin rektoru prof. Yusif Yusibov açıq elan etmişdir. Rektor öz çıxışında universitetə

Daha ətraflı

26 İYUN – AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏR GÜNÜ

25.06.2018-ci il tarixində Gəncə Dövlət Universitetin 2-ci tədris binasının akt zalında “26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü” münasibətilə tədbir keçirildi. Universitetin Humanitar mesələlər üzrə prorektoru dos. G.Fətəliyeva tədbiri giriş sözü ilə açaraq  Azərbaycan Milli Ordusunun yaradılması haqda danışdı. Pedaqoji fakültənin dekanı dos. B.Apoyevin “Ey ana yurdumun igid əsgəri”şeiri öz ifasında tədbir iştrakçılarının sürəkli alqışları

Daha ətraflı

15 İYUN – MİLLİ QURTULUŞ GÜNÜ

11.06.2018-ci il tarixində  Pedaqoji fakültədə “15 iyun – Milli qurtuluş günü” münasibətilə tədbir keçirildi. Universitetin Humanitar mesələlər üzrə prorektoru dos. G.Fətəliyeva tədbiri giriş sözü ilə açaraq Ulu Öndər Heydər Əliyevin Müstəqil Azərbaycan Respublikasının qurulmasında, ölkənin vətəndaş müharibəsindən qurtarılmasında və sosial-iqtisadi tərəqqisində tarixi  xidmətlərini vurğuladı. Dosent Z.Bayramova  öz çıxışında Ulu Öndərlə bağlı uşaqlıq xatirələrindən danışdı. Fakültə

Daha ətraflı

AÇIQ DƏRS – B/M LALƏ RƏFİBƏYLİ

04.12.2018-ci il tarixində  “Musiqi fənləri” kafedrasının baş müəllimi Lalə Rəfibəylinin “Musiqi tarixi” fənnindən “A.P.Borodin və A.P.Mosorqskinin həyat və yaradıcılığı” mövzusunda açıq dərsi  keçirildi. Açıq dərsdə fakültə dekanı dos.B.Apoyev, dekan müavini İ.Haqverdiyev, rektorluğun  nümayəndəsi dos.C.İbrahimov, kafedra müdiri prof.S.Qurbanəliyeva, b/m M.Hacıyeva, b/m S.Həsənova, b/m N.Haqverdiyeva, b/m Ş.Şabanova  iştrak etmişlər.