“Temperamenti psixologiyası” mövzusunda açıq dərs keçirildi

17.10.2019-cu il Pedaqoji fakültənin İbtidai sinif müəllimliyi II kursunda Psixologiya kafedrasının b/m Pərvanə Məmmədova “Temperamentin psixologiyası” mövzusunda açıq dərsi keçirildi. Dərsdə rektorluğun səlahiyyətli nümayəndəsi b/m G.Pirverdiyeva, Psixologiya kafedrasının müdiri dos.Z.Cavadova, b/m Alvina Babayeva, T.Cəlilova, T.Cabbarova, S.Şahverdiyeva, N.Quliyeva, M.Rəhimova, A.İsgəndərova iştirak etmişdilər.

“Qammalar. İri həcmli əsər üzərində iş” mövzusunda açıq dərs keçirildi

17.10.2019-cu il tarixdə “Musiqi fənləri” kafedrasının baş müəllimi Qədirə Tofiq qızı Məmmədovanın “Əsas musiqi aləti və onun tədrisi metodikası” fənnindən “Qammalar. İri həcmli əsər üzərində iş” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə fakültə dekanı dos. B.Apoyev, kafedra müdiri prof. S.Qurbanəliyeva, baş müəllimlər N.Haqverdiyeva, M.Hacıyeva, S.Şabanova, S.Rüstəmova iştirak etdilər.

AÇIQ DƏRS – B/M ANAR YUSİFOV

  15.10.2019-cu il tarixində Pedaqoji fakültənin İdman ixtisasının III kursunda  müəllim Anar SİN nəzəriyyəsi və metodikası fənnindən “Krol üzmə üsulu” mövzusunda açıq dərsi keçirildi. Dərsdə Bədən tərbiyəsi və idman kafedrasının müdiri Ş.Qazaxova, müəl.T.Əliyev  iştirak edirdi.

AÇIQ DƏRS – MÜƏL. HÜRÜ KƏRİMOVA

14.10.2019-cu il tarixində Pedaqoji fakültənin Məktəbəqədər təlim və tərbiyə ixtisasının III kursunda  müəllim Hürü Kərimovanın Nizami Gəncəvinin pedaqoji görüşləri fənnindən “N.Gəncəvi dünyagörüşün formalaşdırılması haqqında” mövzusunda açıq dərsi keçirildi. Dərsdə fakültənin dekanı dos. B.Apoyev, dekan müavini İ.Haqverdiyev iştirak edirdi. Müzakirədən sonra dərs “yaxşı” qiymətləndirildi.

AÇIQ DƏRS – HAQVERDİYEVA NƏRGİZ ƏLİ QIZI

09.10.2019-cu  il tarixdə “Musiqi fənləri” kafedrasının baş müəllimi Nərgiz Əli qızı Haqverdiyevanın “Konsertmeyster sinfi və ansambl” fənnindən “Ariya, romans və  mahnı üzərində iş” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə fakültə dekanı dos.B.Apoyev, kafedra müdiri prof. S.Qurbanəliyeva , baş müəllimlər N.Seyfullayeva, M.Hacıyeva, S.Həsənova, İ.Quliyeva, L.Rəfibəyli iştrak etdilər.

müəllimlər günü

  04.10.209-cu il tarixində Gəncə Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü münasibəti ilə  bayram tədbiri keçirilib. Tədbirdə rektor, professor Yusif  Yusibov 5 Oktyabr – Ümumdünya Müəllimlər Günü münasibətilə universitetin pedaqoji heyətini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Yusif  Yusibov qeyd edib ki, Müəllimlər Günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram kimi qeyd olunur. Məhz həmin il

Daha ətraflı

elmi şura

23.09.2019-cu il tarixdə Pedaqoji fakültə Elmi Şurası keçirilmişdir. Elmi Şurada aşağıdakı məsələlər müzakirə olunmuşdur: 2018-2019-cu tədris ilinin yekunları və qarşıda duran vəzifələri – dos.B.Apoyev. Tədris ilinin I yarısı üçün həvəsləndirici təqaüdlərin təsdiqi – İ.Haqverdiyev. Akkreditasiyaya hazırlığın vəziyyəti. Müsabiqə üzrə müəllim seçkisi – b/m İ.Haqverdiyev. Cari məsələ.

Səmədova Aytac Ramiz qızına dəstək olaq

  Gəncə Dövlət Universiteti Xarici dillər fakültəsi, Alman dili ixtisası III kurs tələbəsə Səmədova Aytac Rizvan qızı SKALİOZ  (onurğanın sağa və ya sola doğru əyriliyi) xəstəliyindən əziyyət çəkir. Bütün müəllim və gənclərimizi Aytaca dəstək olmağa və onu çətin vəziyyətdə yalnız qoymamağa səsləyirik. Kapital bank hesab nömrəsi: 4169741375201744.

İlk dərs günü

16 sentyabrda Gəncə Dövlət Universitetində “Bilik günü” ilə əlaqədar tədbir keçirilmişdir. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə Universitetin rektoru prof. Yusif Yusibov açıq elan etmişdir. Rektor öz çıxışında universitetə yeni qəbul olan tələbələri təbrik etmiş, onlara uğurlar arzulamışdır. Bu il 1-ci kursa daxil olan və tələbə adını qazanmış gənclərə, onların valideynlərinə bu

Daha ətraflı