MƏMMƏDOVA QƏSİRƏ TOFİQ QIZI

Qasira Mammadova

MƏMMƏDOVA QƏSİRƏ TOFİQ QIZI

Kafedranın baş müəllimi – Məmmədova Qəsirə Tofiq qızı 1964-cü il iyul ayının           15-də  Gəncə şəhərində ziyalı ailəsində  anadan olmuşdur. Azərbaycanlıdır.

1971-ci  ildə  Gəncə şəhər  M.Ə.Sabir  adına  5  saylı  ümumtəhsil  məktəbinin birinci  sinfinə daxil  olub, 1979-cu  ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir.  1974-1979-cu illərdə Gəncə şəhər 1 saylı Uşaq musiqi məktəbinin fortepiano sinfində təhsil almışdır.

1979-cu  ildə  Q.Hüseyinli  adına  Kirovabad  orta  ixtisas  musiqi  məktəbinin  fortepiano şöbəsinə daxil  olub, 1983-cü  ildə  həmin  məktəbi  bitirmişdir.

1986-cı  ildə  Ü.Hacıbəyov  adına  Qırmızı  Əmək  Bayrağı  ordenli  Azərbaycan  Dövlət  Konservatoriyasına  (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi  Akademiyası) fortepiano  ixtisası  üzrə  qiyabi şöbəyə daxil  olub, 1991-ci  ildə  həmin ali məktəbi bitirmişdir.

26.08.1983 – 05.09.1987-ci illərdə Azərbaycan SSR  Mədəniyyət  Nazirliyinin  göndərişinə  səsasən  Naftalan  şəhər  7  illik  musiqi  məktəbində  fortepiano  müəllimi  işləmişdir.

08.09.1987 – 02.09.1991-ci illərdə  Kirovabad  şəhəri  Q.Hüseyinli  adına  orta  ixtisas  musiqi  məktəbində  konsertmeyster  vəzifəsində  işləmişdir.

02.09.1991-ci ildən  H.Zərdabi  adına  Gəncə  Dövlət  Pedaqoji  İnstitutunda (indiki Gəncə Dövlət Universiteti) “Musiqi  fənləri”  kafedrasında  müəllim işləmiş, 2004-cü ildən  isə baş  müəllim vəzifəsində işləyir.

13.00.01 – Ümumi  pedaqogika,  pedaqogikanın  və  təhsilin  tarixi ixtisası üzrə Azərbaycan  Dövlət Pedaqoji  Universitetində 12 yanvar  2010-cu  ildə  “Şagirdlərin  vətənpərvərlik  tərbiyəsində  Azərbaycan  muğamlarından  istifadənin  imkan  və  yolları”  mövzusunda  fəlsəfə  doktoru  elmi  dərəcəsi  almaq  üçün  dissertasiyanı müdafiə  etmişdir. Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Ali  Attestasiya  Komissiyasının  15  mart  2011-ci  il  tarixli (prototol № 09-k)  qərarı  ilə  13.00.01 – Ümumi  pedaqogika,  pedaqogikanın  və  təhsilin  tarixi ixtisasında pedaqogika  üzrə  fəlsəfə  doktoru  elmi  dərəcəsi  verilmişdir.

20-dən artıq elmi əsərin müəllifidir (“Şagirdlərin vətənpərvərlik tərbiyəsində Azərbaycan mu­ğamlarının tərbiyəvi im­kanları”. Gəncə Dövlət Universitetinin elmi əsərlər məcmuəsi. Bakı, Mütərcim, 2000. s.341-343; “Fortepiano sinfində texniki bacarıq və vərdişlərin inkişafı” (tersiyalar). Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı. Gəncə, 2012, №3, s.237-239; “Gəncənin musiqi mədəniyyətinin inkişafında Məşədi Cəmil Əmirovun fəaliyyətinin yeri və əhəmiyyəti”. “Gəncənin musiqi mədəniyyətinin tarixi” mövzusunda elmi-praktik konfransın materialları. Gəncə, 15-16 noyabr, 2019, s.60-64 və s.).

1997-ci  ildən  Yeni Azərbaycan Partiyasının üzvüdür.