MƏMMƏDOVA RƏŞİDƏ HAMLET QIZI
MƏMMƏDOVA RƏŞİDƏ HAMLET QIZI
Kafedranın baş müəllimi- Məmmədova Rəşidə Hamlet qızı 1968-ci il avqus ayının 1-də Naxçıvan şəhərində anadan olmuşdur. 1993-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsinin qiyabi şöbəsini bitirib. Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasında 1996-cı ildən müəllim, 2005-ci ildən baş müəllim vəzifəsində işləyir. “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisası üzrə fəlsəfə doktorudur.
1997-ci ildən YAP-ın üzvüdür.
Ailəlidir, 2 övladı var.
Çap olunmuş elmi məqalələri:
- “İohann Sebastyan Baxın invensiyaları və fortepiano sinfində onlardan istifadə”. Gəncə Dövlət Universitetinin Elmi əsərlər məcmuəsi., Bakı, 2003
- “İohann Sebastyan Baxın yaxşı temperasiyalı klavir II cild və fortepiano sinfində ondan istifadə”. Gəncə Dövlət Universitetinin Elmi əsərlər məcmuəsi., Bakı, 2004
- “İohann Sebastyan Baxın musiqisinin tədris repertuarında rolu və əhəmiyyəti”. Gəncə Dövlət Universitetinin Elmi əsərlər məcmuəsi., Bakı, 2007
- “VII sinifdə muğamların tədrisi metodikası”. Gəncə Dövlət Universitetinin Elmi əsərlər məcmuəsi., Gəncə, 2014
- “Musiqinin tərbiyəvi təsir imkanları”. Naxçıvan Dövlət Universitetinin Humanitar elmlər seriyası., “Qeyrət” nəşriyyatı, 2014
- “İnsanın mənəvi tərbiyəsində musiqinin rolu”. Naxçıvan Dövlət Universitetinin Humanitar elmlər seriyası., “Qeyrət” nəşriyyatı, 2015
- “Gəncənin görkəmli bəstəkarları”. Gəncə Dövlət Universitetinin Elmi əsərlər məcmuəsi., Gəncə, 2015