NƏBİYEVA LEYLA MƏZAHİR QIZI

Leyla Nabiyeva

NƏBİYEVA LEYLA MƏZAHİR QIZI

Kafedranın müəllimi – Nəbiyeva Leyla Məzahir qızı 1988-ci il fevral ayının 23-də Gəncə şəhərində ziyalı ailəsində  anadan olmuşdur. Azərbaycanlıdır.

1988-ci  ildə  N.K.Krupskaya adına  4  saylı  ümumtəhsil  orta  məktəbin birinci  sinfinə  daxil  olub, 1996-cı  ildə həmin məktəbin  səkkizinci sinfini bitirmişdir. 1989-1996-ci illərdə 1saylı  uşaq  musiqi  məktəbinin  fortepiano  sinfində təhsil almışdır. 1996-cı  ildə  Q.Hüseyinli  adına  Gəncə   Orta  İxtisas  Musiqi  Texnikumuna xor-dirijorluq  şöbəsinə  daxil  olub,  2000-ci  ildə həmin təhsil müəssisəsini bitirmişdir.

2000-ci  ildə  Ü.Hacıbəyli adına Bakı  Musiqi  Akademiyasının xor – dirijorluq fakültəsinə  daxil  olmuş  və  2004-cü  ildə həmin fakültəninin bakalavr pilləsini (qiyabi) bitirmişdir. 2004-cü ildə BMA-nın  xor – dirijorluq fakültəsinə  magistr pilləsinə daxil olmuş, 2006-cı ildə (qiyabi) həmin ali məktəbi bitirmişdir.

2000-ci  ildən  Gəncə Humanitar Kollecində musiqi müəllimi vəzifəsində işləmişdir.

2008-ci ildən Gəncə Dövlət Universitetdə “Musiqi fənləri”  kafedrasında müəllim vəzifəsində işləyir.

20-ə yaxın elmi əsərin müəllifidir (“Notla oxuma prosesində məktəblilərin musiqi inkişafı”. Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı. Gəncə, 2011, №1, s.225-228;  “Gəncə şəhər Bülbül adına 3 saylı uşaq musiqi məktəbinin inkişaf mərhələləri”. “Gəncənin musiqi mədəniyyətinin tarixi”mövzusunda elmi-praktik konfransın materialları. Gəncə, 15-16 noyabr, 2019, s.125-129; “Cahangir Cahangirovun kantata və oratoriya yaradıcılığının əsas xüsusiyyətləri”. Gəncə Dövlət Universiteti “Elmi xəbərlər” jurnalı. Gəncə, 2020, №1, s.215-218 və s.).

Kafedrada “Dirijorluq və onun metodikası”, “Xor sinfi və xor oxumanın metodikası” fənlərini uğurla tədris edir,  “Xorla oxuma” tələbə musiqi dərnəyinin rəhbəridir.

2001-ci  ildən  Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 1 övladı var.