SEYFULLAYEVA NÜŞABƏ NƏRİMAN QIZI

SEYFULLAYEVA NÜŞABƏ NƏRİMAN QIZI

Kafedranın baş müəllimi – Seyfullayeva Nüşabə Nəriman qızı 1961-ci il uyun ayının    29-da Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Azərbaycanlıdır.

1968-ci ildə Gəncə şəhər N.Krupskaya adına 4 saylı orta məktəbin rus bölməsinin birinci sinfinə daxil olmuş, 1976-cı ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir.

1969-1971-cı illərdə Gəncə şəhər  1 saylı, 1972-1976-cı illərdə Gəncə şəhər  2 saylı Uşaq musiqi məktəbində fortepiano sinfində təhsil almışdır.

1977-ci ildə Q.Hüseynli adına Kirovabad orta-ixtisas musiqi məktəbinə “Fortepiano” ixtisası üzrə daxil olmuş, 1981-ci ildə həmin  məktəbi bitirmişdir.

1986-cı ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna  “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə qiyabi şöbəyə  daxil olmuş  və 1991-ci ildə həmin ali məktəbi bitirmişdir.

Əmək fəaliyyətinə 1981-ci ildən başlamışdır: 1981-1986-cı illərdə Şəmkir (Şamxor) musiqi məktəbində, 1986-1995-ci illərdə Göygöl (Xanlar) uşaq musiqi məktəbində, 1995-2008-ci illərdə Gəncə şəhər Bülbül adına 3 saylı uşaq musiqi məktəbində, 2008-2009-cu illərdə Gəncə şəhər Z.Qayıbov adına 5 saylı uşaq musiqi məktəbində fortepiano sinfi üzrə müəllim işləmişdir. Sinfində təhsil alan  şagirdlər  Respublika müsabiqələrinin qalibləri olmuş, diplomlarla təltif edilmişlər.

Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasında  1993-cü ildən saat hesabı, 1996-cı ildən 0,5 ştat əvəzçilik üzrə, 2009-cu ildən ştat  üzrə müəllim işləmiş, 2010-cu ildən hal-hazıradək baş müəllim vəzifəsində işləyir. Kafedrada bakalavriat və magistr təhsil pilləri üzrə “Ədəbiyyat və musiqinin qarşılıqlı əlaqələri”, “Musiqi və onun tədrisi metodikası” fənlərini uğurla tədris edir.

2005-ci ildə ABŞ-ın Project Harmony təşkilatı tərəfindən həyata keçirilən “Azərbaycan qadınlarının liderlik proqramı”nda iştirak edərək “Lider qadın” sertifikatını almışdır.

6213.01 – Musiqi sənəti ixtisası üzrə 2016-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin doktorantı olaraq  (büdcə hesabına), “Bəstəkar Telman Hacıyevin yaradıcılığı milli ənənələr kontekstində” mövzusunda sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işimi vaxtında yekunlaşdırmışdır (Elmi rəhbər: Azərbaycan Respublikasının Əməkdar müəllimi, sənətşünaslıq elmləri doktoru, professor S.F.Qurbanəliyeva). 14 dekabr 2018-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən  F/D 02.151 Dissertasiya Şurasında  dissertasiyanı müvəffəqiyyətlə müdafiə etmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 11.11.2021-ci il tarixli qərarı ilə ona 6213.01 – Musiqi sənəti ixtisasında sənətşünaslıq elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

Bır sıra Beynəlxalq elmi simpoziumlarda, Respublika konfranslarında elmi məruzələrlə çıxış etmişdir.

40-a yaxın elmi əsərin müəllifidir (“Q.Hüseynlinin yaradıcılığı milli ənənələr konterstində”. Həmmüəlliflər: S.Qurbanəliyeva, L.Rəfibəyli. Bakı, Adiloğlu, 2006, 210 s.; “Mirzə Şəfinin nəğmələri” operettası. Həmmüəlliflər: S.Qurbanəliyeva, V.Kərimova. Bakı,”Elm və təhsil”, 2016, s.144; “Telman Hacıyevin yaragıcılığının üslub xüsusiyyətlərinin  tədqiqi  məsələləri.“Musiqi dünyası” jurnalı, №2/71, 2017, səh.46-48; “Issues of use of the national  ladder  system in the creativity of Azerbaijani composer Telman Hajiyev”. Article International Scientific Journal Theoretical & Applied  cience, hitt:// T_ Science. org, Sektion 18. Culturoloigy, Philadelphiya.USA , 2017.. p.147-149; Hacıyev T. Lalələr. Fortepiano ilə oxumaq üçün mahnılar. Tərtib ed.,ön sözün müəllifi və musiqi redaktoru N.Seyfullayeva, Bakı, 2018, 28 səh.; Hacıyev T. Mahnılar. Fortepiano ilə oxumaq üçün. Tərtib ed., ön sözün müəllifi və musiqi redaktoru N.Seyfullayeva,  Bakı, 2019, 40 s.; “Bəstəkar T.Hacıyevin mahnı yaradıcılığının əsas xüsusiyyətləri”. VI  Uluslararası  Müzik  və  Dans  Kongresi, Türkiyə, Alanya, 30-31 oktyabr, 2020 və s.).

1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.