RÜSTƏMOVA SEVİNC İLHAM QIZI

Sevinc Rustamova

RÜSTƏMOVA SEVİNC İLHAM QIZI

Kafedranın baş müəllimi- Rüstəmova Sevinc İlham qızı 1982-ci il avqust ayının 30-da Gəncə şəhərində anadan olmuşdur. Azərbaycanlıdır.

1989-cu ildə A.S.Puşkin adına 9 saylı orta məktəbinə daxil olmuş,  1999-cu ildə orta məktəbi bitirmişdir.

1990-1997-ci illərdə Gəncə şəhər  İ.Qayıbov adına 5 saylı  uşaq musiqi məktəbində fortepiano sinfində  təhsil almışdır.

1999-2003-cü illərdə Gəncə Dövlət Universitetinin pedaqoji fakültəsində “Musiqi təhsili” ixtisası üzrə bakalavriat və 2003-2005-ci illərdə “Musiqişünaslıq” ixtisası üzrə maqistratura səviyyəsində təhsil almış, hər iki ali təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2005-ci ildən Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasında müəllim işləmiş, 2011- ci ildən isə baş müəllim vəzifəsində işləyir.

Gəncə Dövlət Universitetinin rektorluğunun 02.01.2017-ci il tarixli 3/16 saylı əmri ilə “Musiqi fənləri” kafedrasına 6213.01-“Musiqi sənəti” ixtisasının fəlsəfə doktoru proqramı üzrə doktorant (qiyabi) qəbul olunmuşdur.

20-dən artıq  elmi əsərin müəllifidir (“Məhsəti Gəncəvi və Azərbaycan musiqi mədəniyyəti mövzusunun aktuallığına dair”. “Gəncənin musiqi mədəniyyətinin tarixi” mövzusunda elmi-praktik konfransın materialları. Gəncə, 15-16 noyabr, 2019, s.23-29; “Məhsəti Gəncəvinin poeziyasında orta əsrlər dövrünün musiqi mədəniyyətinin tədqiqi”. “Musiqi dünyası” jurnalı, 4/81, 2019. s.100-103; “Məhsəti Gəncəvi poeziyası Azərbaycan bəstəkarlarının yaradıcılığında”. VI  Uluslararası Müzik və Dans konqresi. Türkiyə, Alanya, 30-31 oktyabr, 2020 və s.).

2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir,  iki övladı var.