ŞABANOVA SEVİL AĞAƏLİ QIZI

Sevil Shabanova

 ŞABANOVA SEVİL AĞAƏLİ QIZI

Kafedranın baş müəllimi – Şabanova Sevil Ağaəli qızı 1962-ci ildə avqust ayının 3-də Gəncə (Kirovabad) şəhərində anadan olmuşdur. Azərbaycanlıdır.

1969-cu ildə N.Krupskaya adına 4 saylı ümumtəhsil orta məktəbin 1-ci sinfinə daxil olub, 1977-ci ildə səkkizinci sinfi bitirmişdir.

1969-1976-cı  illərdə Gəncə şəhəri 1 saylı uşaq musiqi məktəbinin fortepiano sinfində təhsil almışdır.

1977-ci ildə Q.Hüseynli adına  Gəncə (Kirovabad) orta ixtisas musiqi məktəbinə daxil olub, 1981-ci ildə həmin məktəbi fortepiano ixtisası üzrə bitirmişdir.

1981-1991-ci illərdə Azərbaycsan SSR Mədəniyyət Nazirliyinin göndərişinə əsasən Goranboy rayonu Dəliməmmədli qəsəbəsində 7 illik uşaq musiqi məktəbində fortepiano müəllimi işləmişdir.

1984-cü ildə  M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna “Mədəni-maarif işinin təşkilatçı metodisti” ixtisası üzrə daxil olmuş və 1989-cu ildə (qiyabi)  həmin ali təhsil müəssisəsini bitirmişdir.

1991-ci ildən H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) “Musiqi fənləri” kafedrasında müəllim, 2011-ci ildən müsabiqədən keçərək baş müəllim vəzifəsinə təyin olunmuş və hazırda həmin vəzifədə işləyir.

10-dan artıq elmi əsərin müəllifidir (“Azərbaycan bəstəkarlarının əsərlərində Gəncə mövzusu”. Gəncə Dövlət Universitetinin “Elmi Xəbərlər” jurnalı. Gəncə, 2015, №3, s.327-329; “Azərbaycan Respublikasının Xalq artisti Mobil Əhmədov və Gəncə”. “Gəncənin musiqi mədəniyyətinin tarixi” mövzusunda elmi-praktik konfarnsın materialları. Gəncə, 15-16 noyabr, 2019, s.102-107;  “S.Hacıbəyovun simfonik yaradıcılığı”. Gəncə Dövlət Universitetinin “Elmi Xəbərlər” jurnalı. Gəncə, 2020, №1, s.232-234 və s.).

1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.