TAĞIYEVA GÜNAY HAFİZ QIZI

Gunay Tagiyeva

TAĞIYEVA GÜNAY HAFİZ QIZI

Kafedranın müəllimi – Tağıyeva Günay Hafiz qızı 1976-cı il sentyabr ayının 6-da Gəncə şəhərində anadan olmuşdur. Azərbaycanlıdır.

1983-cü ildə Gəncə şəhər 28 saylı orta məktəbin birinci sinfinə daxil olmuş, 1991-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 1984-1991-ci illərdə Gəncə şəhər Bülbül adına 3 saylı uşaq musiqi məktəbinin fortepiano sinfində təhsil almışdır.

1991-ci ildə Q.Hüseynli adına Gəncə Orta İxtisas Musiqi Məktəbinin (İndiki Gəncə Musiqi Kolleci) “Fortepiano” şöbəsinə daxil olmuş, 1995-ci ildə həmin təhsil müəssisəsini  bitirmiş və ona “Kiçik mütəxəssis, müəllim və konsertmeyster” ixtisası verilmişdir.

1995-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna (indiki Gəncə Dövlət Universiteti) daxil olmuş, 2000-ci ildə  “Fortepino sinfində Azərbaycan bəstəkarlarının əsərlərindən istifadə” mövzusunda diplom işini müdafiə etmiş və ona “Musiqi” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. Tələbəlik dövründə Universitetin “Tələbə Elmi Cəmiyyəti”nin üzvü olmuşdur.

2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə magistratura pilləsinə daxil olmuş, 2005-ci ildə “Fikrət Əmirov və Azərbaycan musiqi mədəniyyəti” mövzusunda magistrlik dissertasiyasını uğurla müdafiə edərək, “Musiqişünaslıq” ixtisası üzrə magistratura pilləsini (qiyabi) bitirmişdir.

1996-2004-cü illərdə Gəncə şəhər Uşaq Yaradıcılıq Mərkəzində “Musiqi nəzəriyyəsi” dərnəyinin rəhbəri vəzifəsində çalışmışdır.

2007-2012-ci illərdə  Gəncə şəhər Z.Qayıbov adına 5 saylı uşaq musiqi məktəbində tam ştat üzrə fortepiano müəllimi vəzifəsində işləmiş, 2012-2014-cü illərdə isə saat hesabı üzrə müəllim işləmişdir. Musiqi məktəbində fəaliyyət göstərdiyim illərdə bir sıra respublika müsabiqələrində konsertmeyster kimi çıxış etmiş, “Fəxri Fərman”larla təltif olunmuşdur.

2011-ci ildən Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasında 0,5 ştat əvəzçilik üzrə müəllim işləmiş,  2012-ci ildən tam ştat üzrə müəllim vəzifəsində işləyir.

10-dan artıq elmi əsərin müəllifidir (“Şagirdlərin bədii və estetik tərbiyəsində muğamların rolu”. Gəncə Dövlət Universitetinin “Elmi Xəbərlər” jurnalı. Gəncə, 2014, №1, s.301-307;   “Ümumtəhsil məktəblərində musiqi tədrisi prosesində Fikrət Əmirovun yaradıcılıq irsindən istifadənin imkan və yolları”. Gəncə Dövlət Universitetinin Elmi Xəbərlər jurnalı. Gəncə, 2019, №1, s.387-391; “Gəncə Dövlət Filarmoniyasının təşəkkülü və inkişaf tarixi”. “Gəncənin musiqi mədəniyyətinin tarixi mövzusunda” elmi-praktik konfransın materialları. Gəncə, 15-16 noyabr, 2019. s.70-74 və s.).

1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir. Bir övladı var.