Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasının baş müəllimi Sevinc İlham qızı Rüstəmova Bakı Musiqi Akademiyasında (onlayn qaydada keçirilən) “Bəstəkar və zaman” mövzusunda Respublika elmi-praktik konfransında məruzə ilə çıxış etmişdir.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bu nüfuzlu təhsil müəssisəsinin yaradılmasının 100 illiyi çərçivəsində 2021-ci il 20-21 aprel tarixlərində (onlayn qaydada keçirilən) “Bəstəkar və zaman” mövzusunda Respublika elmi-praktik konfransında Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasının baş müəllimi, “Musiqi sənəti” ixtisası üzrə doktorant Sevinc İlham qızı Rüstəmova “Məhsəti Gəncəvinin poeziyası bəstəkar Pikə Axundovanın vokal yaradıcılığında” mövzusunda elmi məruzə ilə çıxış etmişdir.

Konfransın materialları çap olunmuşdur.