Bir olaq, həmrəy olaq!

30.12.2020-ci il tarixində Pedaqoji fakültənin təşkilatçılığı ilə Dünya Azərbaycanlıların Həmrəyliyi gününə həsr olunan “Bir olaq, həmrəy olaq!” onlayn tədbir keçirilmişdir. Tədbirdə fakültə dekanı Bayram Apoyev, humanitar məsələlər üzrə dekan müavini Mirvari Rəhimova, Psixologiya, TSPX, Məktəbəqədər təlim və tərbiyə ixtisasının tələbələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan fakültə dekanı B.Apoyev əsas Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə bütün Azərbaycan xalqını ürəkdən təbrik etdi, səmimi arzu və diləklərini çatdırdı. Şəhidlərimizə dərin hüznlə baş sağlığı verdi.

Fkültə dekanı İkinci Qarabağ Savaşında Zəfər çalmağımızın başlıca səbəblərindən birinin məhz xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyev ətrafında dəmir yumruq kimi birləşməsinin olduğunu xüsusi vurğuladı.

Humanitar məsələlər üzrə dekan müavini Mirvari Rəhimova çıxış edərək həmrəylik günü münasibətilə xalqımızı, müəllim və tələbələri təbrik etdi. Şəhidlərinin ruhu qarşısında baş əydiyini, Allahdan rəhmət dilədiyini söylədi.

Sonra çıxış üçün söz tələbələrə verildi. Tələbələrimiz “Milli birliyin təntənəsi”, “Müstəqilliyimiz həmrəyliyimizdən keçir”, “Azərbaycan doğma yurdumuz” mövzularında çıxışlar etdilər. Sonda fakültə dekanı Bayram Apoyevin “Azərbaycan” şeri söyləndi.