Sos uşaq kəndində “Dəyirmi masa” keçirildi

22 oktyabr 2019-cu ildə Sos uşaq kəndində “Xüsusi ehtiyacı olan uşaqlarla ünsiyyət” mövzusunda “Dəyirmi masa” keçirilmişdir.

Tədbirdə GDU-nun Psixologiya kafedrasının müdiri dos.Z.Cavadova və kafedranın bir qrup əməkdaşları da  yaxından iştirak etmişlər.

Dəyirmi masada Sos uşaq kəndindəki ailələrin məişəti, tərbiyə üslubu, uşaqlarla ünsiyyət, təlim müvəffəqiyyətləri və s. kimi məgələlər müzakirə olunmuşdur…