“Psixologiya zirvəsi: Problemlər, Perspektivlər və Yeni Yanaşmalar” Beynəlxalq Konfransı keçirilmişdir.

 

25-26 iyul 2019-cu il  tarixində  Bakı şəhərində Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi-Tədqiqat İnstitunun birgə  layihəsi olan, Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatı dəstəyilə 20 saat müddətində “Psixologiya zirvəsi: Problemlər, Perspektivlər və Yeni Yanaşmalar” Beynəlxalq Konfransı keçirilmişdir.

Konfransda Gəncə Dövlət Universiteti Psixologiya kafedrasının müdiri dos. Zümrüd Cavadova, b/m Alvina Babayeva və müəl. Mirvari Rəhimova da iştirak etmişlər.

Konfransda AMEA-nın müxbir üzvi prof. Bəxtiyar Əliyev, prof. Cəfər Cəfərov, prof.Səməd Seyidov və başqaları maraqlı  məruzələrlə çıxış etmişlər…

Belə möhtəşəm konfransda iştirak etməyimizə şərait yaradan və dəstək olan GDU-nun rektoru prof.Y.Yusibova dərin minnətdarlığımızı bildiririk.