MİLLİ PSİXOLOGİYA FORUMU II

 

28.10.2018-ci il Bakı şəhər Musiqi Akademiyasında CİBS şirkətinin dəstəyi ilə Milli Psixologiya Forumu II keçirilmişdir.

Foruma GDU-nun Psixologiya kafedrasının müdiri dos. Z.Cavadova, kafedranın bir qrup əməkdaşları və ixtisas qruplarında  olan 20  nəfər tələbələr də könüllü olaraq qatılmışlar.

İctimai əhəmiyyətli milli Psixologiya forumun məqsədi psixologiya elminin inkişafı, müasir Azərbaycan milli psixologiyasının nəaliyyətləri, problemləri ilə forumun iştrakçılarını bir daha tanış etməkdən və etnosumuza görə milli psixoloji dəyərlərimizi qoruyub saxlamaqdan ibarət olmuşdur.