Monthly Archives: Noyabr 2021

Gəncə Dövlət Filarmoniyasında I Gəncə Kitab Sərgisi keçirildi

26 noyabr 2021-ci il tarixində “Azərbaycan Nəşriyyatlari” İctimai Birliyinin (ANİB) təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Gəncə Dövlət Filarmoniyasında I Gəncə Kitab Sərgisi keçirildi. Açılış mərasimində çıxış edən Xalq şairi Sabir Rüstəmxanlı, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ANİB-in sədri Şəmil Sadiq və Mədəniyyət Nazirliyinin əməkdaşı Kamran Musayev tədbir iştirakçılarını

Daha ətraflı

“Sonata və pyeslər üzərində iş” mövzusunda açıq dərs keçirildi

2021/2022-сi tədris ilində Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasında açıq dərslər 13.09.2021-ci il tarixli kafedra iclasında təsdiq edilmiş (pr.№ 1) qrafik əsasında dinlənilir. 26 noyabr 2021-ci il tarixində kafedranın baş müəllimi Mehriban Hacıyevanın “Əsas musiqi aləti-3 (fortepiano)” fənindən “Sonata və pyeslər üzərində iş” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə təhsil alan II kurs tələbəsi Qarayeva Ülviyyə

Daha ətraflı

“Sağlamlıq və xəstəlik, tənəffüs yolların xəstəlikləri, ürək damar sisteminin xəstəlikləri” mövzusunda açıq dərs keçirildi.

25.11.2021-ci il Pedaqoji fakültənin Fiziki tərbiyə ÇQHvə MM kafedrasının baş müəllimi İradə Əhmədova “Sağlamlıq və xəstəlik, tənəffüs yolların xəstəlikləri, ürək damar sisteminin xəstəlikləri” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan müavini İ.Haqverdiyev, Fiziki tərbiyə ÇQHvə MM kafedrasının dos.N.Nəbiyev, İdman kafedrasının müdiri b/m Ş.Qazaxova və başqaları iştirak etmişdilər.

Ü.Hacıbəyli adına BMA-nın 100 illiyi çərçivəsində “Ustad dərsləri” layihəsi uğurla davam edir

18.11.2021-ci il tarixində Azərbaycan Respublikasının Əməkdar müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Leyla Məmmədovanın Gəncə Dövlət Universitetinin “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələrinin iştirakı ilə “Dirijorluq və onun metodikası” fənnindən ustad dərsi keçirilmişdir (“Zoom” platforması üzərindən).

“Vokal sinfi” fənnindən ustad dərs Ü.Hacıbəyli adına BMA-nın 100 illiyinə həsr olunmuşdur

17.11.2021-ci il tarixində Ü.Hacıbəyli adına BMA-nın xor dirijorluğu kafedrasının müəllimi, Beynəlxalq müsabiqələrin laureatı Dmitri Babayevin Gəncə Dövlət Universitetinin “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələrinin iştirakı ilə  “Vokal sinfi” fənnindən  ustad dərsi keçirilmişdir (“Zoom” platforması üzərindən)

“Xor sinfi” fənnindən ustad dərs Ü.Hacıbəyli adına BMA-nın 100 illiyinə həsr olunmuşdur

16.11.2021-ci il tarixində Azərbaycan Respublikasınn Xalq artisti, Ü.Hacıbəyli adına BMA-nın xor dirijorluğu kafedrasının müdiri, professor Gülbacı İmanovanın Gəncə Dövlət Universitetinin “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələrinin iştirakı ilə  “Xor sinfi” fənnindən ustad dərsi keçirilmişdir (“Zoom” platforması üzərindən)

AÇIQ DƏRS

2021/2022-ci tədris ilində Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasında açıq dərslər 13.09.2021-ci il tarixli kafedra iclasında təsdiq edilmiş (pr.№1) qrafik əsasında dinlənilır. 15 noyabr 2021-ci il tarixində kafedranın müəllimi Ə.Əliyevin “Əlavə musiqi alətləri (tar)” fənnindən “Azərbaycan xalq mahnı və rəqsləri üzərində iş” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbələri (Ələkbərova İlahə və

Daha ətraflı

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibəti ilə “Azərbaycan musiqi mədəniyyəti tarixində yeni səhifələr və ənənələr” mövzusunda təqdimatlar dinlənilmişdir

2021-ci il 11 noyabr, saat 12.00-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibəti ilə BMA-nın fortepiano fakültəsinin II kurs tələbələrinin “Azərbaycan musiqi mədəniyyəti tarixində yeni səhifələr və ənənələr” mövzusunda təqdimatları Gəncə Dövlət Universitetinin pedaqoji fakültəsinin “Musiqi fənləri” kafedrasının əməkdaşları və “Musiqi müəllimliyi” ixtisası üzrə təhsil alan  tələbələri tərəfindən  online “Zoom” platforması  üzərindən maraqla dinlənilmişdir.

9 NOYABR – AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT BAYRAĞI GÜNÜ

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin  əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini

Daha ətraflı